Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycanın təşəbüsü ilə baş tutacaq xüsusi sesiyanın keçirilməsi ölkəmizin ümum bəşəri dəyərlərə nə dərəcədə hörmət etdiyinin göstəricisidir

0





  • Dünyanının  130–dan çox dövləti   Prezident İlham Əliyevin  BMT baş Assambleyasının  Xüsusi Sesiyasının  təklif  olunması  təşəbüsünü  dəstəkləyir. Prezident İlham Əliyevin   təşəbbüsü ilə BMT baş Assambleyasının   COVİD-19-a qarşı  mübarizəyə həsr olunmuş  xüsusi sesiyası keçiriləcək.
    Koronavirus pandemiyası başlayandan etibarən  Prezident İlham Əliyevin  rəhbərliyi altında  Azərbaycan  tərəfindən regional və qlobal  səviyyədə  koronavirusa qarşı  mübarizədə  Beynəlxalq həmrəyliyin  gücləndirilməsi məqsədi ilə  zəruri  təşəbüslər  irəli sürülür  və əməli addımlar atılır.  Təəssüf ki, bu günə kimi  beynəlxalq münasibətlər  sistemində  BMT və onun  əsas qurumları olan  Baş Assambleya və Təhlükəsizlik  Şurasının  rolu görünmür. Dünyanının aparıcı ölkələri və Beynəlxalq təşkilatlardan  qlobal  liderlik  gözlənilsədə, bu baş vermədi. Azərbaycan  Prezidenti  ilham Əliyev isə dünya ölkələrini  virusla mübarizədə  bir olmağa çağırdı.
    Heç şübhəsiz ki, ölkə prezidenti İlham Əliyevin qlobal səviyədə COVİD-19 Pandemiyasına qarşı  mübarizə prosesində  birliyin və həmrəyliyin  təmin edilməsi istiqamətində  atdığı bu addım  nəticə etibarı ilə  bəşəri bəlaya  qarşı qalib gəlmək  imkanlarımızı xeyli genişləndirəcək. Ən azı beynəlxalq ictimaiyyətin diqəti birbaşa bu məsələyə fokuslanacaq,  nəticə etibarı ilə  beynəlxalq səviyyədə də bu bəlaya qarşı  müxtəlif  istiqamətlərdə təsir imkanlarının  genişlənməsinə gətirib çıxaracaq.
    Bütün dünya COVİD19 –a qarşı mübarizədə  qlobal həmrəliyinin  vacibliyini  vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində  və dünya dövlətləri  arasında  özünü rüsvay etdi.  Buna baxmayaraq  dünya birliyi Azərbaycanın səsini eşitdi və çətin günlərdə  birgə hərəkəti vacib saydı.
    Mən də bir ziyalı kimi Prezident İlham Əliyevin  bu təklifini  yükək qiymətləndirirəm . Azərbaycan Prezidenti bu çıxışı ilə tarixi liderlik misyasının öz üzərinə götürdü və tarixi çağrışı etdi.  Bizim bu bəladan qurtarmağımız,  yaxşı nəticələr  əldə olunması üçün bundan sonra da həlli  vacib qərarların dünya birliyi tərəfindən qəbul olunacağına ümid edirik.
    Reyhan Əliyeva,
    Xocalı rayon  ziyalısı 
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi4 il öncə
    İzlənib54 dəfə
    Azərbaycanın təşəbüsü ilə baş tutacaq xüsusi sesiyanın keçirilməsi ölkəmizin ümum bəşəri dəyərlərə dərəcədə hörmət etdiyinin göstəricisidir

    Maraqlı gələ bilər
    46
    88